YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024 – cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17– da  Xətai rayonunda  seçicilərlə növbəti görüş keçirilib.

Rayonun Babək prospektində keçirilən görüşdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə və təşviqat qrupunun üzvləri çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək yeni şəraitə uyğunlaşdırdığı siyasət nəticəsində dövlətimiz misilsiz inkişaf yolu keçib. Bildirlib ki,  cənab İlham Əliyevin nümayiş etdiridiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalqa arasında böyük rəğbət, sonsuz inam etibar qazandırdı. Bildirilib ki, qürurverici məqamlardan biri də ondan ibarətdir ki, fevralın 7 – də baş tutacaq seçkilər  seçkilər ölkənin bütün suveren ərazilərində keçiriləcək.

Çıxış edənlər  seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər.