YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyev ilə yeni hədəflərə doğru

Culfa rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Culfa rayonunun Ərəzin, Camaldın kəndlərində yanvarın 16-da seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, təşviqat qrupunun üzvləri Kamran Cəfərov, Vəli Sərxanlı, İsmayıl Ağayev, Xatirə Bayramova, Əbülfəz Ağayev çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixinə şanlı səhifələr yazılır. Azərbaycanın inkişaf edən ölkəyə və dünyada söz sahibinə çevrilməsi son 20 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm nəticələridir. Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə - bütün bunlar tarixin ən güclü dövrünü yaşayan müstəqil Azərbaycan reallıqlarıdır.

Seçicilər isə öz növbəsində bildiriblər ki, bütöv Azərbaycan torpağında ilk dəfə keçiriləcək prezident seçkilərində partiyanın yeganə namizədi, qalib lider cənab İlham Əliyevə səs verəcəklər.