YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi zəfərin memarı

Babək rayonu Şəkərabad və Hacıvar kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Babək rayonunun Şəkərabad və Hacıvar kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Babək rayon təşkilatının sədri, Naxçıvan MR Ali Məclisinin deputatı İsa Məmmədov, Naxçıvan MR Ali Məclisinin deputatı Hüseyn Niftəliyev, təşviqat qrupunun üzvləri Tofiq Abutalıbov və Sədaqət Əkbərov çıxış ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd edilib ki, xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslər məhz Prezidentimizin “Dəmir yumruğ”unun qəti qələbəsidir. Sentyabr ayında həyata keçirilən lokal miqyaslı antiterror tədbirləri nəticəsində ərazilərimizdə suverenliyimizin tam bərpası tarixi Zəfərin ildönümü ərəfəsində xüsusi əhəmiyyət kəsb edir.  Natiqlər əmin olaraq bildiriblər ki, Azərbaycan xalqı görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və öz seçimini məhz buna əsaslanaraq edəcək.