YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabul rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Hacıqabul şəhərində qadın seçicilərlə və rayonun Muğan qəsəbəsinin seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, təşviqat qrupunun üzvləri Sahib Aslanov, İradə İbrahimova, Aytən İmanova, Aynur Əsədova və Vüsal Nağıyev çıxış ediblər.

Çıxış edənlər fevralın 7-də keçiriləcək prezident seçkilərini ölkəmiz üçün mühüm siyasi hadisə kimi qiymətləndiriblər. Bildirilib ki, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Ümummilli Lider Heydər Əliyev siyasi kursu və inkişaf strategiyası sayəsində Azərbaycan böyük uğurlar qazanıb.

Natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib.

Sonda seçicilər Azərbaycan xalqının Prezidenti İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiklərini və seçki günü YAP-ın namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.