YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafa rayonunun Həsənsu və Köçəsgər kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Ağstafa rayonunun Həsənsu və Köçəsgər kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdən əvvəl Həsənsu və Köçəsgər kəndlərində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksləri ziyarət olunub, abidələrin önünə gül dəstələri düzülərək şəhidlərimizin əziz xatirələri yad edilib.

Tədbirlərdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Həcər Namazova, Səbinə İsgəndərli, Asif Qənbərov, Ləman Cəlilova, Şəfəq Böyükkişiyeva, Məmməd Məmmədov, Şəfəq Heydərli və Yeganə Əhmədova çıxış edərək seçiciləri  7 fevral seçkilərində qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv