YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni hədəflərə nail olacaq

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Daşkəsən rayonunun Bayan kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, təşviqat qrupunun üzvü Cavanşir Qocayev və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə sistemli və ardıcıl islahatlar həyata keçirilib, qanunun aliliyinə, insan hüquq və azadlıqlarının qorunmasına əsaslanan cəmiyyət formalaşıb.

Çıxış edənlər dövlətimizin inkişaf yolunda inamla irəlilədiyini qeyd edərək yeni dövrdə bu inkişafı daha da sürətləndirmək üçün seçiciləri seçkilərdə daha fəal iştirak etməyə, cənab İlham Əliyevi dəstəkləyərək, onun ətrafında sıx birləşməyə çağırıblar.

Seçicilər isə çıxışlarında xalqımıza Qarabağın azadlığının sevincini yaşadan qalib Lider  İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.