Xəbərlər
Göyçaylıların seçimi cənab İlham Əliyevdir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Göyçay rayonunun Bığır, Qaraməryəm, Qarayazı, Yekəxana, Şahsoltanlı kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, şəhid anası Tahirə Əliyeva, Vətən müharibəsi iştirakçısı, qazi Samir Süleymanov, təşviqat qrupunun üzvləri Eldəniz Məmmədov, Xəlil Orucov, Səbinə Qurbanova və Namət Şirinov çıxış ediblər.
Çıxışlarda Prezident, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizin əldə etdiyi uğurlardan, tarixi Zəfərimizdən geniş bəhs edilib. Bildirilib ki, cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan heç zaman olmadığı qədər güclü və qüdrətlidir.
Diqqətə çatdırılıb ki, qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir. Çünki bu seçki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Bu seçkini digər seçkilərdən fərqləndirən, əlamətdar edən məhz bu amildir.
Natiqlər seçiciləri Zəfər seçkisi kimi dəyərləndirilən 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.