YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Mingəçevir seçiciləri Azərbaycanın İlhamlı gələcəyinə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Heydər Əliyev prospekti, Şah İsmayıl Xətai, Qaçaq Nəbi  küçələrində yaşayan seçicilərlə  görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.

Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, təşviqat qrupunun üzvləri Ədalət Quliyeva, Rizvan Mikayıllı və Tahir Məmmədov  çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin güclü, qətiyyətli və müdrik Lider olduğu vurğulanıb. Bildirilib ki, məhz bu nöqteyi-nəzərdən cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz üçün gələcək hədəflərin reallaşması müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bundan sonra da uzun illər Azərbaycanın inkişafına, dövlətimizin daha da qüdrətlənməsinə xidmət edəcək.

Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlar barədə geniş məlumat verərək seçicilərin fevralın 7-də fəal və mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı cənab İlham Əliyevə səs verəcəyinə əminliklərini ifadə ediblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.