Xəbərlər
“Qalib Liderə səs verəcəyik”
Şuşalı seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində seçicilərlə görüş keçirilib.
Çıxışlardan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, təşviqat qrupunun üzvləri çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycanın yüksəlişi Heydər Əliyev tərəfindən müəyyən edilən və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən uzaqgörən siyasətin real nəticəsidir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycana ən yüksək zirvələri fəth etdirərək tariximizin Zəfər səhifəsini yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin etdi. Bu baxımdan, cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi milli maraqlarımızın gələcəkdə də uğurla təmin olunması baxımından başlıca şərtdir.
Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gələrək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.