YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yardımlı rayonunun Şəfəqli kəndində seçicilərlə görüş keçirilib

2024-cü il  fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Yardımlı rayonu Şəfəqli kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Bərcan kənd ərazi partiya təşkilatının sədri Balamir Adiyev, Şəfəqli kənd ərazi partiya təşkilatının sədri Həbib Qənbərov çıxış ediblər.

Çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını müstəqillik tariximizin ən mühüm hadisəsi kimi dəyərləndiriblər. Bildirilib ki, bu səbəbdən də hazırkı dövr ölkəmizdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu seçkilər həm də onunla əlamətdardır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər respublikamızın bütün ərazisində keçiriləcək.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək xalqımıza qalibiyyət sevinci yaşadan müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildiriblər.