Xəbərlər
Şabranlı seçicilərin seçimi YAP-ın namizədi İlham Əliyevdir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Şabran rayonunun Xəlfələr və Günəşli kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və təşviqat qrupunun üzvü Şəfiqə Məmmədova çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən məqsədyönlü siyasət və uğurlu iqtisadi-siyasi islahatlar ölkəmizin günü-gündən inkişaf etməsinə gətirib çıxarıb. Bildirilib ki, cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevirilməklə, son 20 ildə bütün sahələrdə dinamik inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Bu istiqamətdə ardıcıl islahatlar davamlı olaraq həyata keçirilir.
Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər bütün Azərbaycan xalqının böyük qələbəsi və nailiyyətidir.
Görüşdə iştirak edən seçicilər isə bildiriblər ki, tariximizə Zəfər seçkiləri kimi düşəcək prezident seçkilərində YAP-ın namizədi, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklər.