YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuz rayonunun Əyyublu kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Tovuz rayonu Əyyublu kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, təşviqat qrupunun üzvləri İlqar Kərimov, Aybəniz Dəmirova, Abbas Abbasov və Nazim Sadıqov çıxış ediblər. Çıxışlarda bildirilib ki, cənab İlham Əliyev ötən dövrdə bütün vədlərini yerinə yetirib, hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük nailiyyət və misilsiz möhtəşəm Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır. Vurğulanıb ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin zirvəsidir. Şanlı Zəfər müstəqillik tariximizin ən parlaq səhifəsidir.

Diqqətə çatdırılıb ki,  7 fevralda hər birimiz seçki məntəqələrinə gələrək Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləməklə Azərbaycanımızın daha da güclənməsinə səs verməliyik.

Seçicilər  bundan əvvəlki seçkilərdə olduğu kimi bu dəfə də nailiyyətlərimizin  və qələbələrimizin davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.