YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli iradənin təntənəsi olan qalib liderə səs verəcəyik”

Zərdab rayonunun Məlikmudlu kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Məlikmudlu kəndində yanvarın 15-də seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, Vətən müharibəsinin Zərdab rayonundan olan şəhidi, mayor Rəhim Hüseynovun atası Qədir Hüseynov, Birinci Qarabağ müharibəsi iştirakçısı Neman Yediyarov, təşviqat qrupunun üzvləri Eldar Xəlilov və Mübariz Umarov çıxış ediblər.

Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Bildirilib ki, bu gün Azərbaycan özünün qürurlu tarixini yaşayır. 20 il öncə Prezident seçilərkən verdiyi vədlərin hər birini ardıcıl şəkildə həyata keçirən Prezident İlham Əliyevin atdığı addımlar, müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın qabaqcıl ölkələr sırasında yer almasını şərtləndirib. Məhz bu uğurlu siyasətin, inkişaf strategiyasının nəticəsində Azərbaycanın qüdrətinin günü-gündən artması qeyd olunub, ölkəmizin suverenliyinin tam şəkildə bərqərar olunmasının qazanılan uğurların zirvəsi olduğu bildirilib. Vurğulanıb ki, bu seçkilər ölkəmizin bütün ərazilərində keçiriləcəyi ilə əlamətdardır və haqlı olaraq cəmiyyətimiz tərəfindən “Zəfər seçkisi” kimi dəyərləndirilir.

Çıxış edənlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.