Xəbərlər
Elmar Məmmədyarov Qoşulmama Hərəkatının XİN rəhbərlərinin iclasında iştirak edəcək
Xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Qoşulmama Hərəkatı ölkələrinin xarici işlər nazirlərinin 28-29 may tarixlərində Əlcəzairdə keçiriləcək XVII iclasında iştirak etmək üçün Əlcəzairə yola düşüb.
İclasda E.Məmmədyarovun çıxış edəcəyi və ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulub.