YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və 207 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə hərs olunan tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, 207 saylı tam orta məktəbin direktoru Yaqut Müseyibli, YAP Təftiş Komissiyasının üzvü Musa Musayev çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, əslində dövlətçilik tarixidir. Ümummilli Liderin iki fərqli dövrdə və əsrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb. İftixarla vurğulamaq lazımdır ki, müasir müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderimizin Azərbaycan xalqı qarşısında ən böyük – misilsiz xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Ulu Öndər özündən sonra Azərbaycana şərəflə, ləyaqətlə və uğurla rəhbərlik edərək xalqın rifahını, dövlətin isə mənafeyini təmin edəcək qətiyyətli lider yetişdirməklə  tarixi missiya yerinə yetirdi. Natiqlər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm nailiyyətlər qazanaraq regionun lider dövlətinə, etibarlı və perspektivli tərəfdaşa çevrildiyini, qalib ölkə adı və statusu qazandığını qeyd ediblər. Vurğulanıb ki, bu gün Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin siyasəti müasir müstəqil Azərbaycan dövlətinə möhtəşəm nailiyyətlər qazandırır. Şübhəsiz ki, çoxəsrlik dövlətçilik tarixində heç vaxt bu qədər qüdrətli olmayan Azərbaycan  hər birimizin – dünya azərbaycanlılarının sonsuz qürur və iftixar mənbəyidir. Bu nailiyyətlərin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin ideyaları əbədi var olacaq!