YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqa verilən vədlər yerinə yetirilib

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024 cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu Prezident seçkiləri tarixdə Zəfər seçkiləri kimi qalacaq. YAP -ın genişləndirilmiş iclasında partiyanın sədri cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürüldü. 2003- cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev xalqımıza torpaqlarımızı işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa edəcəyi barədə vəd verdi. Prezidentimiz verdiyi vədə əməl etdi. Artıq Azərbaycan öz suverenliyini və razi bütövlüyünü bərpa edib. Azərbaycan bayrağı Şuşada, Xankəndində, Xocalıda, eləcə də ölkəmizin bütün şəhər və kəndlərində qürurla dalğalanır. Prezident İlham Əliyevin adı Azərbaycanın son 200 illik tarixinə Qalib Sərkərdə, torpaqlarımızı işğaldan azad edib, bütöv Azərbaycan quran dövlət başçısı kimi yazıldı. Cənab İlham Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərindən bəhz edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyev Azərbaycanda siyasi dialoqun əsasında milli həmrəyliyimizin təməlini yaratdı. Ölkə başçımızın daxili və xarici siyasətinin prioritetini Azərbaycanın güclü dövlətə çevrilməsi və Azərbaycan xalqının rifahı və həyat səviyyəsinin yaxşılaşdırılması təşkil edir. Prezident seçildiyi 20 il ərzində cənab İlham Əliyev xalqa verdiyi vədləri yerinə yetirib. Cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın dünyada siyasi və iqtisadi imkanları möhkəmlənib. Regionda həyata keçirilən bütün beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə reallaşdırılır. Qloballaşan dünyada adət-ənənələrimizin qorunub saxlanılması, milli dəyərlərimizə sadiqlik, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi cənab İlham Əliyevin xalq qarşısında əvəzsiz xidmətlərinin nəticəsidir. Prezidentimiz Azərbaycanda yaşayan bütün millətləri bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşdirdi. Bu məmləkətdə yaşayan dilindən, dinindən asılı olmayaraq hər kəs azərbaycanlı olması ilə fəxr edir. Vətən Müharibəsində də bütün xalqların nümayəndələri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızı işğaldan azad etdi. Bu gün də xalqımız öz Prezidentinin ətrafında birləşərək azad edilmiş torpaqlarımızı yenidən qurur.