Xəbərlər
Çin Azərbaycanın ŞƏT-də iştirakını alqışlayır
Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan da daxil olmaqla bəzi dövlətlərin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətində iştirakını alqışlayıb.
Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.
S.Cinpin ŞƏT ölkələrinin Dövlət Başçıları Şurasının birgə iclasında çıxışı zamanı bildirib: “Təşkilatın müşahidəçi ölkəsi kimi Belarusu, dialoq tərəfdaşı kimi Azərbaycan, Ermənistan, Kamboca və Nepalı alqışlayırıq”.