Xəbərlər
Moskva Dövlət Universitetinin Bakı filialında Azərbaycanda ilk dəfə Beynəlxalq Kimya Olimpiadası keçiriləcək
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının təşkilatçılığı ilə Azərbaycanda 47-ci Beynəlxalq Kimya Olimpiadası keçiriləcək.
İyulun 20-29–da Moskva Dövlət Universitetinin Bakı filialında Azərbaycanda ilk dəfə sayca 47-ci olan Beynəlxalq Kimya Olimpiadası (BKO) (International Chemical Olympiad - IChO) keçiriləcək.
Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi, professor Nərgiz Paşayeva 47-ci Beynəlxalq Kimya Olimpiadasının prezidentidir.
47-ci Beynəlxalq Kimya Olimpiadasının Azərbaycanda, MDU-nun Bakı filialında keçirilməsi ilə bağlı qərar 2012-ci ildə Vaşinqtonda 44-cü BKO-nun Beynəlxalq Münsiflər Heyəti tərəfindən verilib. Olimpiadada 80 ölkədən 300 məktəbli, 250 rəhbər, elmi müşahidəçi və qonaq iştirak edəcək.