Xəbərlər
Qubada Ulu Öndərin xatirəsi anılıb
Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi və çoxşaxəli fəaliyyəti haqqında danışıb. Bildirilib ki, müasir Azərbaycanın xilası və müstəqil dövlət quruculuğu məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. F.Hüseynova bildirib ki, müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı misilsiz xidmətləri hər zaman böyük minnətdarlıq hissi ilə xatırlanır.
Quba şəhəri, Camal Hacinski küçəsi (Quba Peşə Liseyi) ərazi partiya təşkilatının sədri Cabir Əsədov və Alpan kənd ərazi partiya təşkilatının sədri Mehparə Rüstəmova söyləyiblər ki, Prezident İlham Əliyevin bu gün inkişaf etdirərək zirvələrə qaldırdığı Azərbaycanın qazandığı uğurların təməlində məhz Ümummilli Liderin əsasını qoyduğu möhkəm bünövrə və onun əbədiyaşar ideyaları dayanır.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.