Xəbərlər
Bu ilin birinci yarısında Dövlət Neft Fondu “Şahdəniz” yatağının işlənməsindən 190 milyon dollar gəlir əldə edib

2007-ci ildən bu il iyulun 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 310 milyon ABŞ dolları gəlir əldə edib.
Bu barədə sorğusuna cavab olaraq ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, bu ilin altı ayında isə fonda “Şahdəniz” yatağının işlənməsindən 190 milyon dollar vəsait daxil olub.