YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətlərin etibarlı tərəfdaşı

Abbas Əliyev

YAP Abşeron rayon təşkilatının sədri

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin 20 noyabr 2023-cü il Azərbaycana səfəri diplomatik əlaqələr tarixi boyunca ilk rəsmi səfər olmasına baxmayaraq dövlətlərimiz beynəlxalq tribunalarda bütün dövrlərdə həmrəylik nümayiş etdirib, bir-birini qarşılıqlı şəkildə dəstəkləmişdir.

Ölkəmiz bu gün bütün beynəlxalq siyasi platformaların nüfüzlu üzvü və super dövlətlərin belə etibarlı tərəfdaşıdır. Bizim zəfər savaşından sonra azərbaycanın  artan qüdrəti və regional liderliyi xarici siyasət kursunun nə qədər mükəmməl və dəqiq həyata keçirildiyini göstərir.

Azərbaycanın aktiv iştirakçısı olduğu beynəlxalq platformalardan biri də şübhəsiz İslam Əməkdaşlıq Təşkilatıdır(İƏT). İslam dünyasının tərkib hissəsi olan dövlətlərin həm ittifaqdaxili, həm də ikitərəfli əlaqələrinin inkişafında ölkəmiz əsas rol oynamaqla özünün beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, Asiya ilə Avropanın əlaqələrinin möhkəmlənməsində də mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev İraq Prezidenti Əbdüllətif  Camal  Rəşidi ilə görüşü zamanı Ermənistan-Azərbaycan münasibətlərinin hazırki vəziyyəti, ümumiyyətlə, 1990-cı ildən bəri baş verənlər barəsində məlumat verdi. Prezident İlham Əliyev Qarabağdakı qeyri-qanuni rejimin süquta uğramasından da söhbət açıb: “İyrmi səkkiz il sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini döyüş meydanında, hərbi güclə beynəlxalq hüququn bizə verdiyi imkandan istifadə edərək işğaldan azad etdi”. Ölkəmizin  müharibə istəmədiyini bildirən Prezident İlham Əliyev zərbaycanın  regionda sülhün tərəfdarı olduğunu qey etdi və dövlət olaraq marionet imicli Ermənistanı yeni münaqişəyə cəlb edən Fransanın Cənubi Qafqazda destruktiv siyasətindən, regional sabitliyə ciddi təhlükə ola biləcək fəaliyyətindən də danışdı.

Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşündə dövlətimizin qəti mövqeyini bir daha ortaya qoyaraq qeyd etdi ki: “Heç bir beynəlxalq təzyiq bizim xalqımızın  və Azərbaycan hökumətinin iradəsinə təsir göstərə bilməz.  Biz hər zaman  sülhə hazır olmuşuq , amma ədalətli sülhə, hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınması əsasında olan sülhə”.

 İraq Prezidenti Əbdüllətif  Camal  Rəşidinin dövlət Azərbaycana səfəri zamanı diqqətçəkən məqamlardan biri də iki dövlət arasında imzalanan sənədlər oldu. İraqla Azərbaycan  arasında birbaşa aviareyslərin təşkil olunması, vizaların verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı müzakirələr, sosial, turizim sahələrində Anlaşma Memorandumunun imzalanması dövlətlərimiz arasında dostluq münasibətlərinin güclənməsinə töhfə verəcəkdir.