YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük uğur

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı ki, bu da olduqca böyük uğurdur və tarixi bir hadisədir. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

Məlum olduğu kimi Kəlbəcər rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi. Azərbaycan tərəfi Rusiya tərəfindən çatdırılan bu xahişi qəbul etdi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Azərbaycan Ordusu 25 noyabrın ilk dəqiqəsindən Kəlbəcərə daxil oldu. Bununla da 27 ildən artıq davam edən işğal başa çatdı. Yırtıcı qəbilə təfəkkürü ilə yaşayan işğalçılar hətta 2020-ci il 25 noyabrda Kəlbəcəri tərk edərkən də vandallıqlarından əl çəkmədilər. Belə ki, onlar 27 il ərzində qanunsuz olaraq məskunlaşdıqları evlərimizi yandırdılar, meşələrimizi qırdılar, işıq dirəklərini sökdülər. Hətta unitazları da qucaqlarına alıb apardılar. Və bütün bu biabırçılıqlar dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Bir sözlə, 2020-ci ilin noyabrın 25-də Kəlbəcərdə yaşanan vandalizm kimin kim olduğunu bütün dünyaya göstərdi. Həmin gün dünya ermənilərin dağıdıcı siması ilə bir daha yaxından tanış oldu. Bu mənada, noyabrın 25-i ermənilərin rəzalət günüdür.

Kəlbəcər rayonu Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər vermək imkanlarına malikdir. Kəlbəcərin azad olunmasından cəmi 3 il keçib, artıq rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçkləşdirilib və sürətli iş gedir. Görüləcək işlərin miqyasına baxdıqda tam əminliklə söyləmək olar ki, tezliklə Kəlbəcər də tam inkişaf etmiş rayonlarımızdan birinə çevriləcək.

Eləcə də təməlqoyma mərasimində Azərbaycan Prezidentinin də iştirak etdiyi İstisu qəsəbəsində yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılır. Hazırda rayon ərazisində çoxsaylı yaşayış evləri, inzibati binalar, əhaliyə sosial xidmət mərkəzləri tikilməkdədir. Bir sözlə, kəlbəcərlilərin tezliklə öz yurd yerlərinə qayıdışı üçün genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bütün işlər “Böyük Qayıdış” Proqramına uyğun olaraq icra edilir. İnanırıq ki, Kəlbəcərin postmüharibə dönəmi möhtəşəm olacaq. Bura Azərbaycanı dünyada tanıtdıran turizm mərkəzlərindən birinə çevriləcək. Odunuz-ocağınız həmişə yanar olsun, əziz kəlbəcərlilər!