YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Vətəni müdafiə üçün müraciət və torpaqlarımızın işğaldan azad olunmasının təməli"

Qaradağ rayonunda YAP-ın təsis olunmasının 31-ci ildönümü qeyd olunub

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 31-ci ildönümü münasibətilə Heydər Əliyevin ordu quruculuğu sahəsində xidmətlərinə həsr olunan “Vətəni müdafiə üçün müraciət və torpaqlarımızın işğaldan azad olunmasının təməli" mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Sonra Ulu Öndərin anadan olmasını 100-cü ildönümü ilə əlaqədar təşkil edilən fotosərgiyə baxılıb.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycanda ordu quruculuğundan bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdən, o dövrdə yaranan xaosun aradan qaldırılmasında, Ermənistanın işğalçı siyasətinin və vətəndaş müharibəsinin qarşısının alınmasında Ulu Öndər Heydər Əliyevin və Onun rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının xüsusi rolundan danışıb. Bildirib ki, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa zamanda ölkəmizin hərbi doktirinasını hazırlayaraq müasir ordu quruculuğuna başladı və cəbhədə əldə edilən uğurlar Ermənistanı atəşkəs razılaşmasına imza atmağa məcbur etdi.

Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü münasibətilə təbriklərini çatdıran YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev diqqətə çatdırıb ki, hər bir dövlətin formalaşmasında iki istiqamət: siyasi partiyanın yaradılması və ordu quruculuğu xüsusi rola malikdir. Qeyd edib ki, Ümummili Lider Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsindən sonra ölkədə güclü ordu quruculuğuna başlanıldı. Ulu Öndərin layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin bu prosesi uğurla davam və inkişaf etdirməi nəticəsində Azərbaycanda güclü nizami ordu formalaşdırıldı. Nəticə olaraq ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olundu.

Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin humanitar və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, “91-lər”dən Munis Bayramov və AMEA-nın Tarix İnstitutunun dosenti Alı Balayev və Müdafiə Nazirliyinin hərbi-hava qüvvələrinin zabiti, polkovnik-leytenant Əhməd Rəsulov da çıxış ediblər

Sonra YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv