Xəbərlər
Həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/749d2866f308e3b7f8dcf0b7802d6e57.jpg&w=360)
Noyabrın 7-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərmanlar imzalayıb.
Fərmanlara əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.
Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.