YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Günəş teleskoplarını modernləşdirir, Kosmik Hava Mərkəzi formalaşdırır

Şamaxı Astrofizika Rəsədxanasında Günəş teleskopları modernləşdirilir, Kosmik Hava Mərkəzi formalaşdırılır.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə Bakı şəhərində “Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” beynəlxalq konfransda məlumat verilib.

Son onilliklər ərzində ilk dəfədir ki, Azərbaycanda Günəş fizikası üzrə belə bir mühüm tədbir keçirilir. Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan dünya miqyasında tanınmış alimlər məruzəçi qismində iştirak edirlər.

İyulun 8-dək davam edəcək konfransda Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər. Nəzərdə tutulub ki, azərbaycanlı və xarici alimlər arasında təmaslar əməkdaşlıq əlaqələri qurmağa, birgə tədqiqatlar aparmağa, xüsusilə də gənc kadr hazırlığına zəmin yaradacaq. Nəzərə almaq lazımdır ki, astronomiya sahəsində kadr hazırlığı uzun sürən və mərhələli prosesdir və bu iş daim elmi tədqiqatlara paralel olaraq aparılmalıdır.

Konfransda bildirilib ki, son illər azərbaycanlı alimlər həm Günəş, həm də kosmik hava təsirləri (Günəş və geomaqnit fəallığının və kosmik şüalar selinin texnoloji sistemlərə, bioloji strukturlara, o cümlədən, insan sağlamlığına təsiri və s.) üzrə intensiv tədqiqatlar aparır, dünyanın bir sıra ölkələrindən olan həmkarları ilə səmərəli əməkdaşlıq edirlər. Alimlərimizin elmi məqalələri yüksək impakt faktorlu, indekslənən xarici jurnallarda dərc olunur, onlarla istinadlar verilir.

 

DİGƏR Xəbərlər Arxiv