YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafın Zirvəsi

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Azərbaycan tarixində ən çətin və gərgin dövrlərdən biri də 1988-1993-cü illəri əhatə edən dövr olmuşdur. Məhz erməni təcavüzkarları tərəfindən Qərbi Azərbaycan torpaqlarından həmvətənlərimizin zorla köçürülməsi, ölkəmizdə yaranmış siyasi sabotaj, xaos, anarxiya, vətəndaş qarşıdurması və hakimiyyət uğrunda çəkişmələr sonda Azərbaycanı tam uçurumun kənarına doğru gətirdi. O zamankı rəhbərlərin siyasi səriştəsizliyi və baş verən daxildəki çəkişmələr ərazi bütövlüyümüzün düşmənlər tərəfindən pozulması və 20%-dək torpaqlarımızın işğalı ilə nəticələndi. Düşmənlər ölkəmizdəki daxili sabitliyin pozulmasından istifadə edərək, torpaqlarımızda vandalizm aktı həyata keçirdilər. Birinci Qarabağ Müharibəsi zamanı 20 minədək insanı həlak oldu, 50 minə qədər həmvətənimiz isə əlil və şikəst vəziyyətinə düşdü. AXC-Müsavat cütlüyünün dövləti idarə edə bilməməsi səbəbindən ölkəmizdə bütün sahələr üzrə tam pozucu və radikal fəaliyyət mövcud idi.  Belə bir gərgin və mürəkkəb zamanda xalq öz xilaskarına-dahi Heydər Əliyevə üz tutdu. Xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev xalqın səsinə səs verdi, Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyevin 1993-2003-cü illəri əhatə edən 10 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycan hərtərəfli inkişaf etdi. Bütün sferalarda uğurlu inkişaf, iqtisadiyyatda yüksəliş və ölkə ərzisində ümumi dirçəliş yarandı. Bu sahələrdən biri də məhz Ordu quruculuğu idi və aparılmış islahatlar müasir və güclü Azərbaycan Ordusunu formalaşdırırdı. Necə ki, Sovet dönəmində Ulu Öndərin təşəbbüsü ilə C.Naxçıvanski adına hərbi məktəbin açılması Ordu quruculuğuna verilmiş ən böyük töhfə idi, eləcə də 90-cı illərdə bu proses uğurla davam etdirildi. Azərbaycanda erməni təcavüzünə son qoyan atəşkəs müqaviləsinin imzalanması, NATO-nun Sülh Naminə Tərfdaşlıq Proqramına qoşulmağımız əlbəttə ki, ərazi bütövlüyümüzün qorunması və Ordumuzun gücləndirilməsi naminə atılmış uğurlu addımlar idi. 2003-cü ildən Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev  müdrik siyasəti ilə ötən 20 il ərzində Azərbaycanı inkişafın Zirvəsinə qaldırdı.  Hakimiyyətə gəldikdən sonra cənab Prezidentimizin əsas məqsədi ölkəmizin hərtərəfli inkişafını və ərazi bütövlüyümüzü tam şəkildə təmin etmək idi. Nəyin bahasına olursa olsun Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyini öz xalqına vəd verən cənab Prezident 17 ilə yaxın müddətdə beynəlxalq müstəvilərdə Ermənistana sülh təklif etdi və təcavüzkarların doğma torpaqlarımızı tərk etməsi üçün şans verdi. Bütün bunlara baxmayaraq Ermənistan siyasi rəhbərliyi təcavüzkar siyasətindən əl çəkmədi. Bu illər ərzində Azərbaycan Ordusu gündən-günə güclənir, ən müasir silah-sursat,texnika və digər hərbi ləvazimatlarla təchiz edilirdi. 2016-cı ilin Aprel döyüşləri zamanı düşmən darmadağın edildi. Bu uğurlu döyüş əməliyyatımızdan dərs çıxarmayan Ermənistan təcavüzkarları 2020-ci ilin iyul və sentyabr aylarında yenidən təxribata əl atdı. Buna cavab olaraq Müzəffər Ali Baş Komandanın müvafiq Əmri ilə yenilməz Ordumuz 44 günlük Vətən müharibəsinə-haqq savaşımıza başladı. Cəmi 44 gün davam edən müharibədə Ermənistan ordusunun başı əzildi. “Dəmir Yumruq” əməliyyatı düşməni yerdən yerə vurdu.Bir sözlə 30 illik işğala, soyqırımı aktlarına və “böyük ermənistan” xülyasına birdəfəlik son qoyuldu. Rəşadətli Ordumuz bu müddət ərzində bir-birinin ardınca doğma torpaqlarımızı azad etdi. 8 noyabr tarixində Şuşanın azad olunması hadisəsi tariximizə Zəfər Günü kimi yazıldı. Şuşanın azad olunması il əslində düşmən öz acizliyinə şahidlik etdi və Ermənistan siyasi rəhbərliyi 10 noyabr tarixində kapituliyasiya aktına imza atmağa məcbur oldu. Azərbaycan Ordusu bu möhtəşəm Qələbədən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi altında düşmənin terror-təxribat aktlarına cavab olaraq 2022-ci ilin və 2023-cü ilin sentyabr ayında Qarabağda qalan son erməni tör-töküntülərinə misli görünməmiş dərs verərək, onları adlarına layiq şəkildə tarixin qaranlıq səhifəsinə göndərdi. Azərbaycan Prezidenti, Partiyamızın Sədri bayrağmızı Xocalıda, Xankəndidə, Ağdərədə, Xocavənddə və digər əzəli yurdumuzda qürurla qaldırdı. Cənab Prezident bütün dünyaya müdrik strateq, tariximizdəki ən güclü Azərbaycanın Müzəffər Ali Baş Komandanı və Qarabağın Fatehi olduğunu sübut etdi. Bu gün Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşərək şanlı tariximizi qeyd edir. Bəli, biz xoşbəxt nəslin xoşbəxt nümayəndəsiyik ki, Zəfər Günümüzü işğaldan azad etdiyimiz bütöv Azərbaycanda-ata-baba yurdumuz olan Xankəndidə təntənə ilə qeyd edirik.