YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir

YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib

“Heydər Əliyev İli” çərçivəsində oktyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə partiyanın Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarından fəal gənclər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini söyləyən İqbal Əmənullayev dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacibliyindən danışıb.

YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədilik qazandığını vurğulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva vurğulayıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının yeni nəslə çatdırılmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib. 

Daha sonra gənclərin sualları cavablandırılıb.