Xəbərlər
Məktəblilər arasında şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Respublika humanitar fənlər gimnaziyasının birgə təşkilatçılığı ilə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə məktəblilər arasında şahmat turniri keçirilib.
Turnirin keçirilməsində məqsəd ölkəmizdə bu intellektual idman növünün kütləviliyinə nail olmaqdır.
Yarışın sonunda qaliblərə mükafatlar təqdim edilib.