YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Füzuli rayon təşkilatının yeni təyin olunmuş sədri ictimaiyyətə təqdim edilib

Yeni Azərbaycan Partiyasının (YAP) Füzuli rayon təşkilatının yeni təyin olunmuş sədri Nazimə Şamıyeva oktyabrın 4-də ictimaiyyətə təqdim edilib.

Füzulidə keçirilən təqdimat mərasimindən əvvəl tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində yerləşən abidəsini ziyarət edib, abidənin önünə tər güllər düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “YAP zəngin və şərəfli inkişaf yolu keçib. Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası  yeni-yeni nailiyyətlərə imza atır”.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov partiyanın VII qurultayından ötən dövr ərzində həyata keçirilən işlər barədə məlumat verib.

Sonra partiyanın Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva ictimaiyyətə təqdim edilib və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Nazimə Şamıyeva göstərilən etimada görə təşəkkürünü bildirərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağını bildirib.

Partiya fəalı Almaz Həşimova Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinin onun yaradılmasının ilk illərindən göründüyünü qeyd edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanmaqdadır.  

Tədbirdə rayon Təhsil sektorunun müdiri Ramella Məmmədova, Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev və Gənclər Evinin direktoru Seyfəddin Maqsudov çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizə möhtəşəm uğurlar qazandırdığını diqqətə çatdırıblar.

Çıxış edənlər YAP Füzuli rayon təşkilatının sədrini təbrik edərək məsuliyyətli və şərəfli işində uğurlar arzulayıblar.