YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artıq işğaldan azad olunmuş şəhərlərimiz mötəbər tədbirlərə də ev sahibliyi edir

“Ölkəmiz, müharibədən yeni çıxmasına baxmayaraq öz inkşaf tempini və sosial - iqtisadi siyasətini qoruyub saxlamağı bacarmışdır. Eyni zamanda hazırda işğaldan azad olunmuş torpaqlarımızda sürətli bərpa-qurucluq işləri gedir və Böyük Qayıdış Prqoramı uğurla icra olunmaqdadır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində mümkün olmuşdur. Artıq işğaldan azad olunmuş şəhərlərimiz  böyük əhəmiyyətə malik möhtəbər tədbirlərə də ev sahibliyi edir. Sentyabr ayının 29-da Zəngilanda  "Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda" mövzusunda 2-ci Milli Şəhərsalma forumunun açılış mərasimi keçirildi. Forumda  53 ölkədən 200-ə yaxın nümayəndə iştirak edirdi ki, bu da tədbirin yüksək əhəmiyyətə malik olmasının göstəricisidir. Forumda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham işğaldan azad olunmuş ərazilərimizdə gedən bərpa-quruculuq, infrastruktur layihələri haqqında məlumat verdi. Bəli, bu gün Azərbaycan dövləti Ermənistanın viran qoyduğu əraziləri cənnətə çevirməkdə, yenidən qurmaqdadır. Bu, dövlətimizin qüdrətinin göstəricisi olmaqla yanaşı humanist Azərbaycan dövlətinin talançı Ermənistanla olan fərqidir. Daha sonra dövlətimizin başçısı Zəngilanın turizm potensialı haqqında danışaraq qeyd etdi ki, Zəngilan yüksək ekosistemə malikdir , bu da həmin ərazilərə gələcəkdə çoxlu turistin gəlməsinə səbəb olacaqdır. Əlbətdə Zəngilana turistlərin axını həm yeni iş yerlərinin açılmasına həm də ümumilikdə ölkəmizdə turzim sahəsinin inkşafına təkan verəcək.

Ali Baş Komandan İlham Əliyev Ermənistanın işğalçılıq siyasətindən danışaraq qeyd etdi ki, rəsmi İrəvan beynəlxalq hüquq normalarını kobud şəkildə pozsa da onlara heç bir sanksiya tətbiq olunmurdu. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan işğal zamanında da Ermənistanla yüksək humanistliklə və səbirlə davranmışdır. Azərbaycan tərəfi məsələni sülh yolu ilə danışıqlarla həll etməyə çalışsa da Ermənistan öz təxribatlarına davam edirdi. Təəssüflə ki, dünya ictimaiyyəti də Ermənistanın terror siyasətinə göz yumurdu. Əlbətdə belə olduğu təqdirdə artıq Azərbaycanın başqa yolu qalmamışdı. Qüdrətli Azərbaycan Ordusu İkinci Qarabağ Müharibəsində parlaq qələbə qazanaraq həm torpaqlarını işğaldan azad həm də təkbaşına beynəlxalq ədaləti bərpa etdi.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbayan Lideri Ermənistan dövlətinin ikiüzlü siyasət yürütməsini vurğulayaraq bildirdi: “Bir tərəfdən deyirdilər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi. Yəni, bu, necə mümkün ola bilər?”                                                                                           Cənab Prezident bu nitqi ilə növbəti dəfə Ermənstanın ikiüzlü və riyakar siyasətini ifşa etmiş oldu: “Anti-terror əməliyyatları haqqında danışan Ali Baş Komandan İlham Əliyev Ermənistanın yanlış hesablamalarının və xarici havadarlarına arxalanmasının vəziyyəti gərginləşdirdiyini vurğuladı. Təəssüf ki, Ermənistan İkinci Qarabağ Müharibəsindəki acı məğlubiyyətindən nəticə çıxarmadı, Azərbaycan tərəfinin sülh təkliflərini dəyərləndirmədi yenidən qeyri-müstəqil siyasət yürütməyə və təxribatlara davam etdi. Əlbətdə belə bir vəziyyətdə bizim başqa seçimimiz yox idi, anti-terror əməliyyatları qaçılmaz və Azərbaycanın haqqı idi. Azərbaycan Ermənistan tərəfinin törətdiyi təxribatların qarşısının alınması, öz konstitusion quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror əməliyyatlarına başladı. Qarabağda erməni terrorçularına qarşı keçirilən antiterror əməliyyatları uğurla və Ermənistanın məğlubiyyəti, ağ bayraq qaldırılması və Azərbaycan öz suverenliyini tam bərpa etməsi ilə nəticələndi. 

DİGƏR Xəbərlər Arxiv