YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Biz bu torpaqlarda əbədi olacağıq

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci ilin  27 sentyabr tarixində bütün cəbhə boyu əks-hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində baş verən Birinci Qarabağ müharibəsi zamanı  işğal edilmiş əraziləri  azad etməyə başladı. Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Azərbaycan müharibəni hərbi-siyasi yollarla həll etdi. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Azərbaycan 30 illik işğal dövründə ən yüksək tribunalardan  bəyan etdi ki,  ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bir qarış torpağımız belə düşmənə verilməyəcək.  30 il dünyadan ədalət, ən əsası BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin  icrası üçün Ermənistana qarşı ciddi addımlar gözləyən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə bu kimi məsələləri təkbaşına özü yerinə yetirdi. Tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək dünyaya ikili standartlara əsaslanan siyasətin hansı faciələrə yol açdığını çatdırdı.  Azərbaycan Ordusunun zəfər yürüşü dünyanın hərb tarixinə yeni səhifə yazdı.

Ölkəmiz 30 il sülh danışıqlarının davam etdirilməsi istiqamətində səylər göstərsə də   Ermənistanın   məsələnin həlli ilə bağlı danışıqlardan yayınması, hərbi təxribatlara əl atmaq cəhdləri diqqətdən kənarda qalmadı. Bu reallıqları əksər dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar görməzdən gəldi. Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. 28 il bu qətnamələrin kağız üzərində saralması sübut etdi ki, dünya hüquq problemini yaşayır. Təbii ki, belə olan təqdirdə Ermənistan kimi işğalçı, təcavüzkar dövlət  daha böyük iddialarla yaşayacaq, ədalətin və beynəlxalq hüququn olmadığını  çəkinmədən bildirəcək. Ermənistanın baş naziri Nikol Paşinyanın 44 günlük İkinci Qarabağ müharibəsi dövründə sərsəm bəyanatları ilə diqqətdə olduğu müsahibələrinin birində jurnalistin beynəlxalq hüququn mövcudluğu ilə bağlı sualı qarşısında çaşqınlığı, yoxluğunu bidirməsi əksər dünya güclərini ciddi düşündürmək əvəzinə işğalçı dövlətə dəstəklərini göstərməkdə davam etdilər.

Reallıq budur ki, ədalət və beynəlxalq hüquq əsasdır. Hər zaman bu prinsiplərə söykənən Azərbaycan davamlı uğurları ilə diqqətdədir. 44 günlük İkinci Qarabağ müharibəsi bütün həqiqətlərə işıq saldı. Sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib ölkənin qalib Sərkərdəsi kimi adını tarixə qızıl hərflərlə yazdı. Qələbəyə gedən yolun təhlili göstərir ki, Azərbaycan 30 il  müharibə şəraitində yaşasa da daim  gələcəyə baxaraq  bütün sahələrdə  davamlı uğurlar qazanmaq üçün səylər göstərdi,  torpaqlarımızın işğaldan azad ediləcəyinə, soydaşlarımızın öz dogma yurd-yuvalarına qayıdacaqlarına inamı itirmədi. Artıq üç ildir ki, torpaqlarımızın tarixi sahibinə qovuşmasının sevincini yaşayırıq. Qarabağımız və Şərqi Zəngəzurumuz azaddır və dirçəlir.  Biz bu torpaqlarda əbədi olacağıq.

DİGƏR Xəbərlər Arxiv