YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsədyönlü və planlı terror siyasətin qarşısı alındı

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Ermənistan siyasi rəhbərliyi avantürüst, terrorçu silahlı birləşmələrin əsirinə çevrilib. Xaricdə çirkli pullar hesabına formalaşdırılan erməni lobbisi münaqişələr və müharibələr üzərindən vəsait toplayıb, varlanmaq məqsədi ilə erməni xalqının məskunlaşdıgı bölgələrdə münaqişə ocaqları yaradır, terror əməliyyatları hazırlayır, yaratdıgı gərginlikdən istifadə edərək “əzilən məzlum” ermənilərə kömək adı altında külli miqdarda ianələr yıgır, silah- sursat, narkotik vasitələr alveri edir. Bu faktlar təsdiqlənib və erməni riyakarlıgının çirkin siması aşkarlanıb.

Avantürüst birləşmələrin daim gərginlikdə saxlamaq istədikləri bölgələrdən biri də Azərbaycanın Qarabag bölgəsidir. Separatçılar 30 il işgal altında saxladıqları Azərbaycan torpaqlarından çıxmaq əvəzinə, ərazidə gərginlik yaradır, sülh danışıqlarının qarşısını almaga cəhd göstərirlər. Erməni lobbisi və qanunsuz silahlı birləşmələri Qarabagda məskunlaşan erməni əsilli sakinlərin Azərbaycan qanunlarına tabe olacagından ehtiyat edib yenidən cəbhə boyu gərginlik yaratdılar. Gərginliyin artmasının bir çox səbəbləri aydınlaşır. Son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Azərbaycan ordusunu antiterror tədbirlərinə təhrik edən erməni təxribatlarıdır. Son dövrdə döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Qarabagdakı seperatçı rejim terrorçu erməni lobbisinin drijor çubugu ilə idarə olunur. Ermənistan siyasi rəhbərliyi də acizlik nümayiş etdirərək erməni lobbisinin diktəsi ilə qərarlar verir. Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı yenidən münaqişənin alovlanmasına səbəb oldu. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxıb və mülki şəxslər həlak olub. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olub və yaralanıblar.

Erməni vandalizminin məkrli əməlləri səngimir. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Ermənistan yalnız öz ərazisində silahlı birləşmə saxlamaq hüququna malikdir. Qonşu ölkənin - Azərbaycanın ərazisinə Ermənistan Silahlı Birləşmələrinin yerləşdirilməsi yolverilməzdir. Şübhəsiz Azərbaycan dövləti suverenliyinə yaranan təhlükəni dəf etmək qərarı verməsi labüdləşdi. Bu təxribatların qarşısını almaq üçün Ordumuz lokal xarakterli antiterror tədbirlərinə rəvac verdi. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Rəşadətli Ordumuz qısa zamanda düşmənin bir sıra strateji hərbi məntəqələrini, istehkamlarını darmadıgın edib, düşmən texnikasını və hərbi birləşmənin canlı qüvvəsini məhv etmişdir. Ermənistan rəhbərliyi və ona havadarlıq edən terrorçu birləşmələr, qruplar, təşkilatlar, nəhayət dövlətlər bilməlidirlər ki, Azərbaycan xalqının və dövlətini iradəsin heç bir qüvvə sarsıda bilməz. Azərbaycan silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşmən başını anındaca əzir. Ermənistanın iyrənc siyasəti qısa zamanda fiaskoya ugrayır.

DİGƏR Xəbərlər Arxiv