Xəbərlər
Pyotr Poroşenko ötən gün Ukraynada keçirilən prezident seçkilərinin şəriksiz lideridir
Pyotr Poroşenko ötən gün Ukraynada keçirilən prezident seçkilərinin şəriksiz lideridir.
MSK-nın məlumatına görə seçici fəallığı 60 faiz olub.
Ukrayna Mərkəzi Seçki Komissiyası artıq bülletenlərin təxminən 35 %-ni hesablayıb. İlkin nəticələrə görə, Ali Radanın üzvü, məşhur iş adamı, “Roshen” qənnadı korporasiyasının sahibi Pyotr Poroşenko qalib gəlib. P. Poroşenko 54,08%, “Batkivşina” (Vətən) Partiyasının lideri Yuliya Timoşenko isə 13 %, səs alıb.
“Exit-poll”un nəticələrinə görə isə P. Poroşenko 55,7% səs alaraq prezident seçilib.