YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanın növbəti diplomatik məğlubiyyəti

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Rəsmi İrəvan xasiyyətinə sadiqliyini nümayiş etdirərək  iştirakçılara  saxta məlumat verməklə  Avropa İttifaqını və   BMT Təhlükəsizlik Şurasını  oyuncaq quruma çevirmək planı bu dəfə də uğursuzluqla nəticələndi.

Ermənistan nümayəndələrinin  ölkəmizə qarşı  səsləndirdiyi həqiqətdən kənar, qərəzli fikirləri iclas iştirakçıları tərəfindən yalnış  məlumat kimi yadda qaldı.

Azərbaycana qarşı gülünc ittihamlarla dolu qarayaxma kampaniyası çərçivəsində çıxış edən Ermənistan nümayəndəsi   ölkəmizi humanitar fəlakət yaratmaqda və bunun fonunda  Xankəndidə guya ərzaq böhranına görə  ölüm hallarının qeydə alınması kimi həqiqətə uyğun olmayan məlumatları ermənisayağı  şəkildə xüsusi bir yazıqlıqla  vurğuladı. Hər kəsə məlumdur ki, Ermənistanın nümayəndəsinin çıxışı tam böhtan və yalan üzərində qurulmuşdu. Belə ki,  humanitar fəlakət təkcə Xankəndidə yaşayan ermənilər üçün xarakterik deyil, Ermənistanın bütün yaşayış yerlərində mövcuddur.

İşsizlik, əhalinin sosial durumunun acınacaqlı olması, ərzaq məhsullarının gündən-günə bahalaşması, inflyasiyanın artması fəlakət sayılmalıdır ki, bu da hazırki Ermənistanda hökm sürür.

Son vaxtların statistikası  ondan xəbər verir ki,  Ermənistanda  hökm sürən bu ağır vəziyyətə  dözüm gətirə bilməyən vətəndaşlar  Ermənistanı kütləvi şəkildə tərk edir.

Xronologiyaya nəzər saldıqda ortada belə sual yaranır ki, bütün bunları yaranması səbəbi  Azərbaycandır?   Ermənistanın siyasi rəhbərliyi  bütün uğursuzluqların səbəbini  Azərbaycanda görür.

10 noyabr 2020-ci ildə imzalanmış məlum müqaviləyə əsasən bölgədə davamlı sülhün əldə olunması istiqamətində Ermənistanın siyasi rəhbərliyi  tələb olunan şərtlərdən yayınaraq  müqavilə şərtlərini pozmağa çalışır və bu da özünü açıq şəkildə göstərir.  Bu baxımdan, BMT Təhlükəsizlik Şurasının 16 avqust 2023- cü il tarixində keçirilmiş növbədənkənar iclasında  Ermənistanın sülh gündəliyinə sadiq olmaması müzakirələrdə daha qabarıq görünürdü.

Azərbaycanın diplomatik nümayəndəsi  tərəfindən  Ermənistanın  boş və mənasız tələblərinə  tutarlı və dəqiq arqumentlərin gətirilməsi ermənilərin  “humanitar böhran”, “blokada” altında növbəti siyasi manipulyasiya cəhdini iflasa uğratdı.

BMT Təhlükəsizlik Şurasında  ermənilərin dediyi kimi Laçın-Xankəndi yolunun "bağlanmasından" sonra guya  Xankəndində yaranmış humanitar böhranın müzakirəsi  növbəti dəfə Ermənistanın yalanlarını üzə çıxartdı və müzakirələr Azərbaycanın diplomatik  qələbəsi ilə başa çatdı.

Bir sözlə, 44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də  diplomatik masada Azərbaycan haqlı tərəf olaraq qalib gəldi.

DİGƏR Xəbərlər Arxiv