Xəbərlər
Beyləqanda yol tikintisinə 11,9 milyon manat ayrılıb
Avqustun 14-də Prezident İlham Əliyev Beyləqan rayonunun Allahyarlı–Qəhrəmanlı–Gödəklər–Bünyadlı–Sarısu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 16 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Allahyarlı–Qəhrəmanlı–Gödəklər–Bünyadlı–Sarısu avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə uyğun olaraq, Avtomobil Yolları Dövlət Agentliyinə 11,9 milyon manat ayrılıb.
Sərəncamdan irəli gələn məsələlərin həlli Maliyyə Nazirliyinə və Nazirlər Kabinetinə həvalə edilib.