Xəbərlər
Azərbaycanda may ayı üçün pensiyaların maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb
Dövlət Sosial Müdafiə Fondu 2014-cü ilin may ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Məlumata görə, mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi mayın 22-də tam yekunlaşıb və pensiyaların vətəndaşların şəxsi hesablarına köçürülməsi təmin olunub.
Ümumilikdə cari ilin 4 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 4 ay ərzində Fondun gəlirləri 957,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9,4 faiz və ya 82,6 milyon manat çoxdur.