Xəbərlər
Xatirələrinə ehtiram!

Gədəbəy rayonunun Novosaratovka kəndində şəhid Hüseynov Azər Mahal oğlunun və Novoivanovka kəndində şəhid Hacıyev Şəhriyar Şahlar oğlunun doğum günlərində xatirələri anılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, əziz xatirələrini böyük ehtiramla anıblar.
Şəhid ailələri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.