YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədi borcluyuq…

Biləsuvarda Vətən müharibəsi şəhidi Xəlilzadə Əmrah İnqilab oğlunun anadan olmasının 26-cı ildönümü qeyd olunub.

Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, partiya fəalları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Çıxış edənlər şəhidin keçdiyi qısa və şərəfli həyat yolundan danışıb, Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin xatirəsinin daim əziz tutulacağını söyləyiblər.

Mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Əmrah Xəlilzadə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv