Xəbərlər
Azərbaycan Gimnastika Federasiyası: İdmançılarımız Olimpiya oyunlarında daha yüksək nəticələr əldə edəcəklər
2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında bədii, idman və batutda gimnastika növləri üzrə Azərbaycan idmançılarının da iştirakın edəcyinə ümid edirik.
Bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov bu gün keçirilən mətbuat konfansında deyib.
Onun sözlərinə görə, həmin oyunlarda iştirak üçün hər 3 növ üzrə 1-2 idmançı lisenziya qazana bilər.
Avropa Oyunları çərçivəsində keçirilən gimnastika yarışlarının 6 gün davam etdiyini deyən F.Qayıbov bildirib ki, 6 növ gimnastika üzrə yarışlar keçirilib. Bunların 4-ü olimpiya, 2-si isə qeyri-olimpiya idman növü olub: "Akrobatika və aerobika tək Azərbaycan üçün deyil, eləcə də Avropa və beynəlxalq gimnastika üçün böyük nailiyyətdir. Xüsusilə akrobatika olimpiya növü olmaq istəyir. Oyunlarımız demək olar ki, olimpia oyunları səviyyəsindədir".
Gimnastika oyunlarının keçirildiyi məkanda tamaşaçı tutumunun da kifayət qədər çox olduğunu bildirən F.Qayıbov əlavə edib ki, yarışlarda Azərbaycanın kişi gimnastı Oleq Stepko 5 medal qazanıb: "O, bu günə qədər Avropa Oyunlarında ilk idmançıdır ki, 5 medal qazana bilib. Bu da bizim üçün əlamətdar hadisədir. Digər idmançımız Marina Durunda 2-ci yeri tutdu. Digər batud növündə də bürünc medalımız oldu".
F.Qayıbov qeyd edib ki, son 2 il ərzində Azərbaycan Gimnastika Federasiyası 3 yeni idman növünü inkişaf etdirməyə başlayıb: "Bunlardan biri batudda gimnastika idi. Yarışlarda bu idman növü üzrə də medal qazanılıb. 13 ildir ki, Gimnastika Federasiyasında çalışıram və bizim arena kimi belə məkan heç yanda görməmişəm. Arenamız növbəti illərdə idmançılarımız üçün əldə edəcəyi uğurların təməlidir. İnanıram ki, gələcəkdə idmançılarımız Olimpiya oyunlarında daha da yüksək nəticələr əldə edəcəklər".