YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Avropa Şurası qəbul etdiyi sənəd ilə özünün ermənipərəstliyini nümayiş etdirdi

«Avropa Şurası qəbul etdiyi sənəd ilə özünün ermənipərəstliyini nümayiş etdirdi». Bu fikri Milli Məclisin deputatı, politoloq  Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, əgər AŞPA-da ermənilərin nazı ilə oynayıb, hesabatı bu cür dəyişiblərsə, o zaman bu sənədin Azərbaycan üçün əhəmiyyəti sıfır dərəcədədir. Onun fikrincə, buna görə qəbul edilən qətnamədən bir kağız parçası kimi istifadə edilə  bilər.

«Hesabat müəllifləri İrəvanda olublar və qeyd edilən hesabat da bu səfərin nəticəsidir. Aydındır ki, Avropa ölkələrinin böyük əksəriyyəti istəryirlər ki, Azərbaycan onların dediyi kimi hərəkət etsin. Azərbaycan nə Avropa İttifaqından, nə o ölkələrdən heç bir yardım ummur. Ona görə də hesab edirlər ki, Azərbaycana yeganə təsir vasitəsi elə bu kartdan istifadə etməkdir. Qətnamədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə paraqrafın çıxarılması ilə bağlı təklifin müəlliflərindən olan Andreas Qross və digərləri Azərbaycana qarşı ənənəvi olaraq təzyiqlərin iştirakçısıdırlar»- deyə, deputat qeyd edib.