YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi məsələsində öz sözünü qətiyyətlə deyəcək

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günü bütün Azərbaycan xalqı üçün çox önəmli bir gündür. Əsası 1918-ci ildə qoyulan bu bayram, xüsusilə 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra böyük  əhəmiyyət daşımağa başladı». Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, müstəqilliyimizin ilk illərində ordu quruculuğu elə də uğurlu olmayıb. Onun sözlərinə görə, o dövrdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi nəticəsində vahid ordu formalaşmamışdı, ordu ayrı-ayrı adamların, siyasi partiyaların silahlı dəstələri kimi fəaliyyət göstərirdi.

«Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra diqqət etdiyi əsas sahələrdən biri də, silahlı qüvvələr oldu. Belə ki, ilk növbədə bütün qeyri-qanuni hərbi birləşmələr buraxıldı, orduda vahid komandanlıq yaradıldı. Eyni zamanda, ordunun müasir silahlarla təhciz eilməsinə, kadr hazırlığına xüsusi fikir verildi. Bunun nəticəsidir ki, ildən ilə Azərbaycan Ordusunun nüfuzu və peşəkarlığı artdı. Azərbaycan Ordusu cəbhə xəttində diqtə edən çox ciddi faktora çevrildi. Eləcə də, ildən ilə müdafiə sahəsinə ayrılan vəsaitin həcmi artmağa başladı. Əgər 1993-cü ildə Azərbaycan bu sahəyə cəmi bir neçə on milyon vəsait ayrılırdısa, 2015-ci il üçün bu rəqəm 4 milyard ABŞ dollarına bərabərdir. Bu vəsaitin əsas hissəsi yeni silahların alınmasına, cəbhə xəttinin möhkəmlənməsinə, hərbi hissələrin yenidən qurulmasına, ordunun maddi-texniki bazasının gücləndirilməsinə, hərbçilərin sosial müdafiəsinə sərf edilir. Azərbaycan Silahlı Qüvvələrinin  beynəlxalq əlaqələri də kifayət qədər genişdir. Zabitlərimiz xarpicdə kurslarda iştirak edirlər, öz bilik və təcrübələrini beynəlxalq tədbirlər vasitəsilə daha da artırırlar. Təsadüfi deyil ki, cəbhə xəttində Ermənsitan tərəfi Azərbaycanın gücünü daim hiss etməkdədir. Ermənsitanın hərbi mütəxəssisləri vaxtaşırı bütün parametrlər baxımından Azərbaycan Ordusunun güclü olduğunu etiraf edirlər. Ara-sıra baş verən qısa döyüşlərdə ordumuz doğurdan da qələbələr əldə edib. Eyni zamanda, Qarabağ probleminin həllində Azərbaycan danışıqlar yoluna üstünlük versə də, hərb variantı da daim diqqətdə olub. Bu gün ordu ilə xalq arasında vəhdət var. Orduda qulluq etmək hər bir Azərbaycan gənci üçün

şərəf məsələsidir. Qeyd edim ki, beynəlxalq hərbi analitik mərkəzlər Azərbaycan Ordusunun hazırlığı çox yüksək qiymətləndirirlər. Ümumən dünya orduları arasında Silahlı Qüvvələrimiz özünün hazırlığına və texniki təhcizatına görə, vacib yer tutur. Bu gün hər bir vətəndaş  ordumuz  ilə fəxr edir, orduya dəstək verir. Müstəqilliyimizin qorunmasında ordunun xüsusi rolunu qiymətləndirik. Heç bir şübhəmiz yoxdur ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi məsələsində öz sözünü qətiyyətlə deyəcək.