YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynalı nazir: Avropa Oyunları böyük idman bayramıdır

Ukraynanın gənclər və idman naziri İqor Jdanov Bakıda keçirilən birinci Avropa Oyunlarının gedişinə münasibət bildirib.

Nazir iyunun 24-də keçirdiyi brifinqdə Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu deyib. O, ukraynalı idmançıların çıxışını yüksək qiymətləndirərək deyib: “Mənim Ukrayna idmançılarının Avropa Oyunlarında qırx medal qazanacaqlarına dair proqnozum reallığa çevrilir. Hazırda otuzdan çox medal qazanmışıq”.

İ.Jdanov Avropa Oyunlarının təşkilindən və gedişindən məmnunluqla danışıb: “Bu, sözsüz ki, böyük idman bayramıdır. Avropa Oyunlarının təşkilatçıları böyük iş görüblər. Atletlərin rahatlığı çox yaxşı şərait yaradılıb, idman arenaları əladır və dünya standartlarına uyğun tikilib. Ümumiyyətlə, hər şey yüksək səviyyədədir”.