YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyənin XİN rəhbərləri Bakıda Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər

Bu gün Bakıda Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlu ikitərəfli əməkdaşlığın aktual məsələlərini və Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər.

İki ölkənin XİN rəhbərləri təkbətək görüşdə regional əməkdaşlıq məsələlərinə də toxunublar. Davudoğlunun iştirakı ilə XİN rəhbərlərinin görüşü Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda görüşü çərçivəsində baş tutub.

Bakıda görüşlər zamanı üç ölkənin XİN rəhbərlərinin regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcəkləri gözlənilir.

 

DİGƏR Xəbərlər Arxiv