Xəbərlər
Bakı-2015 Avropa Oyunlarında yarışların 14-cü günü 21 dəst medal oynanılacaq

Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 14-cü günü başlayıb.
Bu gün badminton, qılıncoynatma, üzgüçülük, çimərlik futbolu, cüdo, boks, voleybol və 3x3 basketbol üzrə yarışlar keçiriləcək.
Oyunların 14-cü günü çərçivəsində 21 dəst medal oynanılacaq: 9-u üzgüçülük, 5-i boks, 5-i cüdo, 2-si qılıncoynatmada.