YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Azərbaycanı özümüzə doğma vətən hesab edirik"

İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində tədbir keçirilib

İyulun 18-də İsrailin Kiryat Yam şəhərində Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində Mərkəzin direktoru Ben Sion Şmoelovun təşəbbüsü ilə “Ana dili - Azərbaycan məktəbi” layihəsi ilə əlaqədar tədbir keçirilib.  Bu barədə İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin yaydığı məlumatda bildirilir ki,‚tədbirdə mərkəzin kollektivi iştirak edib. Tədbir maraqlı və yaddaqalanlığı ilə seçilib. Çıxış edən natiqlər Azərbaycan dili, əlifbası orfoqrasiyası, o cümələdən dilimizin tarixi ilə bağlı söhbət açıblar. Diasporla İş üzrə Dövlət Komitəsinin nəşr etdirdiyi “Azərbaycan dili” dərsliyi tədbir iştirakçılarına təqdim edilib.

“Azərbaycan dili” dərsliyi ilə tanış olan tədbir iştirakçıları İsraildə Azərbaycan dilinin təbliği ilə bağlı işlərin məhz bu dərslik əsasında aparılacağını bildiriblər. Eyni zamanda, Azərbaycanda nəşr edilən bir sıra qəzetlər tədbir iştirakçılarına təqdim olunub. Dövrü mətbuat nümunələri, o cümlədən Azərbaycanda nəşr olunan yeni kitablar oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Tədbirdə milli mətbuat və nəşrlərlə yanaşı, milli mətbəx nümunələri də təqdim olunub. Azərbaycan və İsrail bayraqlarının fonunda Azərbaycanın milli mətbəxinə aid şirniyyatlar - şəkərburalar, paxlavalar tədbir iştirakçılarının marağına səbəb olub. Tədbirdə Azərbaycanın milli mətbəx nümunələrinin, milli adət-ənənələrinin,‚milli fol?lorunun, ədəbiyyatının, ən əsas da Azərbaycan dilinin zənginliyinin və əsrarəngizliyinin təqdimatı böyük sevinclə qarşılanıb. Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin direktoru Ben Sion Şmoelov bildirib ki‚ Azərbaycan xalqı ilə Yəhudi xalqı əsrlərdir ki, dost və qardaş xalqlardır. Azərbaycan xalqı ilə Yəhudi xalqı hər zaman dostluq və qardaşlıq şəraitində mehriban yaşayıblar: “Azərbaycanda yüksək tolerantlıq və mehriban yaşam ənənəsi var. Multikultural və tolerant dəyərlər Azərbaycan xalqının ta qədim dövrlərdən üzübəri gələn dəyərləridir. Tolerantlıq bu gün də Azərbaycan dövlətinin rəsmi dövlət siyasətidir. Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu,‚ dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə ölkəsində hakimiyyətə gəldikdən sonra bu ali dəyərlər daha da inkişaf etdirilib. Bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti İham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Azərbaycanda bütün xalqlara, o cümlədən yəhudilərə hər zaman böyük hörmət göstərilir. Biz yəhudilər hər zaman Azərbaycanı özümüzə doğma ana vətən hesab edirik. Bizə hər zaman Azərbaycan dövləti və xalqı tərəfindən yüksək mehribanlıq və doğmalıq göstərilib. Azərbaycan dünyada ən nümunəvi ölkələrdəndir. Azərbaycanın mədəniyyəti,‚tarixi,‚ədəbiyyatı,‚ milli folkloru,‚dili‚və adət-ənənələri, yaşam tərzi çox zəngin və ecazkardır. Azərbaycandan xaricə və İsrailə köçən hər bir yəhudi bu ölkəni çox sevir”.

Tədbirdə çıxış edən natiqlər Azərbaycanın milli adət-ənənələrindən,‚ dünyada tolerantlıq nümunəsi sayılmasından və ali dəyərlərə verilən qiymətdəqn bəhs açıblar. Bildiriblər ki, Azərbaycandan uzaqda yaşasalar da, Azərbaycana, xalqına, dilinə, milli adət-ənənələrinə məhəbbətləri sonsuzdur. Tədbir iştirakçıları doğma Azərbaycana xeyir-dualar və əmin-amanlıq arzu edərək hər zaman Azərbaycan xalqının və dövlətinin yanında olacaqlarını, Azərbaycanın milli maraqlarının qorunmasında dəstəklərini əsirgəməyəcəklərini bildiriblər.  Vurğulanıb ki, Azərbaycan dövləti və xalqı İsrailin ən yaxın dostlarındandır və müttəfiqidir.

Məlumatda o da bildiril?b ki, Azərbaycan Respublikasının İsrail dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov iyunun 14-də İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin qonağı olub. İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzində Azərbaycanla bağlı böyük guşə mövcuddur. Səfirə burada görülən işlər, mərkəzdəki Azərbaycan guşəsində Azərbaycanla bağlı mütamadi keçirilən tədbirlər və Azərbaycan həqiqətlərinin İsrail və dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən geniş fəaliyyətlə bağlı məlumat verilib. Qeyd edilib ki, Ben Sion Şmoelovun rəhbərliyi ilə burada Azərbaycan həqiqətləri təbliğ olunur və dünyaya çatdırılır.

DİGƏR Xəbərlər Arxiv