YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Ölkəmizdə həyata keçirilən siyasət Azərbaycan xalqının iradəsini özündə əks etdirir

«Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında  "Azərbaycanda demokratik təsisatların faəaliyyəti" adlı məsələnin müzakirəyə çıxarılması ölkəmizə qarşı təzyiqin növbəti göstəricisidir».  Bu fikri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, müxtəlif səviyyələrdə Azərbaycana qarşı iftiralar, böhtanlar, qarayaxmalar gedir. Onun sözlərinə görə, bu, müxtəlif dinləmələr formasında, həm mətbuat səhifələrində, həm də ayrı-ayrı şəxslərin bəyanatlarında, I Avropa Oyunlarını boykot etmək çağırışlarında özünü göstərib.

«Avropa Şurasında Azərbaycanın kifayət qədər dostları var. Lakin bununla bərabər AŞ-da, ayrı-ayrı ölkələrdə anti Azərbaycan qüvvələrin təsiri altında olan şəxslər də var. Düşünürəm ki, indiyədək həmin qüvvələr Avropa Şurası səviyyəsində də Azərbaycan qarşı bu universal təzyiq formasından bir daha istifadə etməyə çalışırlar. Məqsəd isə ölkəmizə təzyiq edib onu idarəolunan bir ölkəyə çevirməkdir”. Ölkəmizdə həyata keçirilən siyasət  Azərbaycan xalqının iradəsini özündə əks etdirir. Təbii ki, bəzi qüvvələr bunu qəbul etmək istəmir. Ona görə də bizə müxtəlif istiqamətlərdə təzyiqlər var. Güman etmirəm ki, bu təzyiqlər I Avropa Oyunları başa çatandan sonra səngiyəcək»- deyə, F.Ağamalı qeyd edib.