Xəbərlər
Bakı-2015 Avropa Oyunlarında yarışların 13-cü günü 10 dəst medal oynanılacaq
Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 13-cü günü başlayıb.
Bu gün badminton, qılıncoynatma, üzgüçülük, çimərlik futbolu, boks, voleybol və 3x3 basketbolu üzrə yarışlar keçiriləcək.
Oyunların 13-cü günü çərçivəsində 10 dəst medal oynanılacaq: 8-i üzgüçülük, 2-si qılıncoynatmada.
Azərbaycan idmançıları bütün yarışlarda iştirak edəcəklər.