YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: Avropa Şurası Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir

Avropa Şurası Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. Bunu

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin  Rafael Hüseynov qurumun yay sessiyasında çıxışı zamanı deyib.

R.Hüseynov bildirib ki, AŞ PA Bürosu Robert Valteri yekdil şəkildə "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılıq hallarının artması" adlı hesabatın hazırlanmasına dair məruzəçi təyin etdi. Onun sözlərinə görə, lakin Ermənistan Büronun qərarlarını tanımır və məruzəçini nə Ermənistana, nə də Azərbaycanın işğal olunmuş ərazilərinə buraxır.

«Büronun bu vəziyyətə dair dözümlü yanaşmasına məntiqi izah tapmaq çox çətindir. Ermənistana münasibətdə bu iltifatın və dözümlü yanaşmanın səbəbi nədir? Rusiyaya qarşı sanksiyalar tətbiq olunduğu halda, nə üçün Ermənistana qarşı ciddi və qətiyyətli addımlar atılmır? Ən azından, Ermənistana 10 il bundan əvvəl bu cür sanksiyalar tətbiq olunmalıydı. Bunu etməyə sizə nə mane olur? Çoxdandır kı, davam edən bu cür riyakarlığa niyə və nə vaxta qədər dözəcəyik?»- deyə, R.Hüseynov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv