YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlarımız Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir

Xaçmaz rayonunda “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatı Xaçmaz şəhər Heydər Əliyev Mərkəzində 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunan “Heydər Əliyev Azərbaycan Ordusunun qurucusudur” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin ordu quruculuğu sahəsində gördüyü işləri özündə əks etdirən videoçarx nümayiş olunub.

Yeni Azərbaycan Partiyasınin Quba, Qusar, Şabran, Siyəzən rayon təşkilatlarının, həmçinin ərazi partiya təşkilatı sədrlərinin, şəhid ailələrinin, qazilərin, hüquq-muhafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və partiya fəallarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov öncə iştirakçıları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib və xalqımıza Zəfər sevincini yaşadan şəhidlərimizin ruhuna ehtiramını ifadə edib, qazilərimizə şəfa diləyib.

Azərbaycan ordusunun keçdiyi şərəfli inkişaf yolundan geniş bəhs edən YAP Xaçmaz rayon təşkilatının sədri bildirib ki, bu gün Azərbaycana hansı sahədən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərinin miqyasının ölçüyəgəlməzliyini görərik. Ümummilli Liderin hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünürək atdığı mühüm addımların sırasında hərbi kadrların yetişdirilməsi məqsədilə  Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılımasını xüsusi qeyd etməliyik. 1993-cü ildə Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Lider belə bir çağırışı etdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır. Nizami ordu yaradıldı, maddi-texniki bazası möhkəmləndirildi, əsgər və zabitlərimizin  döyüş ruhu daha da gücləndirildi.

3-cü Ordu Korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair   Ramaldanov Azərbaycan Ordusunun öz missiyasını şərəflə yerinə yetirmək üçün malik olduğu imkanlardan danışıb. Bildirib ki, müstəqilliyimizin yenidən bərpasından sonra, daha dəqiq desək, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqn təkidli təlbi ilə hakimiyyət qayıdışı ordu quruculuğunda da yeni səhifənin başlanğıcı oldu. Müstəqilliyimizin bərpasının ilk illərində nizami ordunun olmaması, Silahlı Qüvvələrin torpaqların deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi torpaqlarımızın işğalına səbəb olmuşdu. Bu gün böyük qürur hissi ilə ədalətin və ərazi bütövlüyümüzün bərpasından bəhs edirik. Bu uğurlarımız Heydər Əliyev siyasətinin təntənəsidir. 

Xudat Sərhəd Dəstəsinin şəxsi heyət üzrə rəisi Akif Əliyev çıxışında diqqəti dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasimində söylədiyi fikirlərə, Ermənistana və ona havadarlıq  edən dövlətlərə ünvanladığı mesajlara yönəldib. Qeyd edib ki, Azərbaycan Ordusu bu gün 44 günlük İkinci Qarabağ müharibəsi dövründəki ordudan daha güclüdür.

Şəhid anası Bibixanım Mirzəməmmədova dövlətin şəhid ailələrinə diqqət və qayğısından bəhs edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.

Sonda xidmətdə fərqlənən bir qrup sərhədçi mükafatlandırılıb.

DİGƏR Xəbərlər Arxiv