Xəbərlər
Akira Amari “Dostluq” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Akira Amarinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Akira Amari “Dostluq” ordeni ilə təltif edilsin".